Ən isti bonuslar

  • 10.000 AZN-ə qədər bonus + 250 FS

  • İlk depozit üçün bonus

  • 1.000 AZN-ə qədər 100% depozit bonusu

Rəy Metodologiyası: Kazinoları necə analiz edirik?

Kazino platformalarını analiz edərkən onlar barəsində rəylərimizi də sizinlə bölüşürük. Peşəkar ekspertlərimizin hazırladığı məlumatlar sayəsində saytımıza daxil olan istifadəçilər müxtəlif kateqoriyalar görəcəklər. Bu səhifələrin hər birində qiymətləndirmə üçün bəzi fərqli kriteriyalar var. Bu səhifədə isə rəyimizə təsir edən əsas kriteriyaların ümumi icmalını, habelə qiymətləndirməni necə həyata keçiririk onu izah edirik.

Reytinq sistemi barədə

Oyunçular üçün təqdim etdiyimiz reytinq kateqoriyaları müxtəlifdir. Bu kateqoriyadakı kazinonun hər birini analiz edib kateqoriyaya uyğunluğunu yoxladıqdan sonra siyahı hazırlayırıq. Sözügedən kateqoriyaları təqdim edirik:

Reytinq nə deməkdir?

Ekspertlərimizin təyin etdiyi hər reytinqin öz mənası var. Aşağıdakı cədvəldə bu reytinqin növləri və onların izahı ilə tanış olacaqsınız.

1-3 balla qiymətləndirilən kazinolarŞirkətin yeni olduğunu, hələ kifayət qədər etibar qazanmadığını, ya da reytinqinin pis olduğunu göstərir. Bu siyahıdakı kazinolar kriteriyamızın 30%-nə uyğun gələn platformalardır. 
4-6 balla qiymətləndirilən kazinolarKriteriyamızın 50%-nə uyğun gələn kazino platformalarıdır. Bu kateqoriyadakı şirkətlər daha çox bonuslar, oyunlar, ödəniş metodları əlavə etmək, həmçinin digər funksiyaları təkmilləşdirməklə siyahıda yüksələ bilərlər.
7-8 balla qiymətləndirilən kazinolar80-90% kriteriyamıza uyğun gələn şirkətlərdir. Bu şirkətlər mobilə uyğunluq, VIP və ya Loyallıq proqramı kimi özəllikləri inkişaf etdirməklə daha yüksək reytinq qazana bilərlər.
9-10 balla qiymətləndirilən kazinolarKriteriyamıza 90-100% uyğun gələn kazinolardır. Bu siyahıdakı kazinolarda oyun kitabxanası, qeydiyyat proseduru, leqallıq və təhlükəsizlik, bonuslar, mobil uyğunluq, RTP dərəcələri və digər bütün funksionallıq dəstəklənir.

Ən etibarlı kazino seçməkdə bu cədvəl sizin ən yaxşı bələdçiniz ola bilər.

Bizim üçün rəydə ən vacib kriteriyalar

Azərbaycandakı kazino platformalarını analiz edərkən ekspertlərimizin ilk sırada önəm verdiyi bəzi nüanslar mövcuddur. Həmin nüansları nəzərinizə çatdırırıq:

Mütəxəssislərimiz bu kriteriyaların hamısının olduğu kazino şirkətlərini ən yüksək reytinqlə qiymətləndirir. Özünüzə uyğun kazino seçərkən bu kriteriyalardan xəbərdar olmaq köməyinizə çatacaq.

Azərbaycanda əlçatanlıq

Casino platformalarının Azərbaycanda əlçatan olub-olmadığını özəlliklə yoxlayırıq. Həmçinin Azərbaycan dilinin, eləcə də Azərbaycan manatının dəstəklənib-dəstəklənmədiyini öyrənirik. İstifadəçilərin rahat kazino təcrübəsi yaşaması üçün bu iki kriteriya (AZN, azərbaycan manatı) önəmlidir. Azərbaycandan qoşulan oyunçu öz depozitlərini də manatla qoymaq istəyəcək, həmçinin bütün funksiyaları anlamaq üçün azərbaycan dili ona lazım olacaq.

Saytımızda manatın, həmçinin azərbaycan dilinin dəstəkləndiyi kazino platformalarını tapa bilərsiniz.

Kazinoda leqallıq

Bütün kriteriyaların ilk sırasında leqallıq gəlir. Hər bir kazino özünü lisenziyalaşdırmalı, həmçinin qanuni fəaliyyət göstərməlidir. Azərbaycandakı kazino şirkətlərinin əksəriyyəti Men adası, Cəbəllüttariq, MGA, Kürasao, UKGC, Kahnavake kimi sertifikasiyalarla lisenziyalaşdırılırlar. Kazinonun leqallığı onun reputasiyasının başlıca göstəricisidir. Qiymətləndirmə mərhələsində ən ilk sırada yer alan leqallıq bizim üçün də başlıca kriteriyadır. Leqal olmayan kazinolar barədə rəylərimiz şəffafdır.

Təhlükəsizlik

Leqallıqdan danışdıq. Onun qədər daha bir önəmli kriteriya da təhlükəsizlikdir. Hər bir yüksək xidmət təmin edən kazinoda təhlükəsizlik də ən yüksək səviyyədə olur. İstifadəçilərin maliyyə məlumatları, eləcə də digər həssas məlumatlar baxımından casino lazımı tədbirləri almalıdır ki, verilənlər heç bir üçüncü tərəfə ötürülməsin və anonim qalsın. Bunun üçün etibarlı kazino platformaları qabaqcıl SSL qoruma texnologiyaları, məxfilik müqaviləsi və 2 mərhələləli qoruma kimi tədbirlər təklif edirlər.

Rəylər

Qiymətləndirmə prosesində kazino barəsində tapdığımız rəyləri də nəzərə alırıq. Bura real istifadəçi rəyləri də daxildir. Rəylər kazino barədə obyektiv fikri bildirir. Nə qədər müsbət rəy olsa, kazino şirkətinin reputasiyası da bir o qədər yaxşı olur. Mənfi istifadəçi rəyləri həmin şirkətə etibarlı olmadığını göstərir. Platformalar barədə real oyunçu rəylərini saytımızda oxuya bilərsiniz.

Məsuliyyətli qumar alətləri

Hər bir etibarlı kazino şirkəti öz platformasında məsuliyyətli qumar siyasətini təşviq etməlidir. Bu səbəblə də, casino şirkəti öz saytında və ya mobil proqramında yaş məhdudiyyəti, aludəçilik, büdcənin idarə edilməsi kimi məsuliyyətli qumar alətlərindən bəhs etməlidir. Kazino saytında, həmçinin məsuliyyətli qumar məsələsinə həsr edilmiş təşkilatların adları da qeyd olunmalıdır. Kazino təcrübəsi əyləncəli, eyni zamanda maraqlıdır. Belə gözəl təcrübənin mənfi hallara çevrilməməsi üçün məsuliyyətli qumar siyasəti şərtdir və casino seçimində bu səbəbdən önəmlidir.

Şərtlər – qaydalar

Hər kazino oyunçuya öz şərtlərini təqdim edir. Bu şərtlər qeydiyyat, depozit, pulçıxarma, bonuslar, oyunlar, provayderlər, habelə digər bütün aspektlərə aiddir. Bu şərtlər istifadəçilərin də xeyrinə işləyir. Yəni casino şərtləri, əslində, oyunçuların təhlükəsiz, rahat və maraqlı təcrübə yaşamağına şərait yaratmaq üçündür. Bu səbəbdən də, qiymətləndirmə prosesində şərt və qaydaların önəmini vurğulayırıq.

İnterfeys

Söhbət onlayn kazinolardan gedirsə, interfeysdən danışmasaq, olmaz. Casino saytını və mobil proqramını elə dizayn etməlidir ki, oyunçu üçün maksimum intuitiv olsun, naviqasiya asan olsun və istifadəçi saytda axtardığı bölməni asanlıqla tapsın. Saytda və ya mobil proqramda istifadə edilən rəng harmoniyası da interfeysin uğurlu olmasıda rol oynayır. Eyni zamanda platformada baqların olmamasına da kazino tərəfindən diqqət yetirilməlidir.

Mobil uyğunluq

Rəy hazırlama prosesində kazinoların mobil optimallaşdırması da yoxlanılır. Oyunlar mobildə əlçatandırmı, mobil proqram və ya mobil versiya dəstəklənirmi və sairə nüanslara nəzər yetirilir. Mobil proqramın interfeysi yoxlanılır, dəstəklənən əməliyyat sistemləri (iOS və Android) nəzərdən keçirilir, istifadəçi Safari, Chrome və digər axtarış mühərriklərindən kazino saytına daxil ola bilirmi – bu kimi kriteriyalar da qiymətləndirmə zamanı nəzərə alınır.

Ödəmə metodları

Ekspertlərimiz hər kazino üzrə dəstələnən ödəmə portallarını, eyni zamanda yerli valyuta – manatın dəstəkləndiyi kazino platformalarını təhlil edir və azərbaycanlı istifadəçilərlə bölüşür. Depozit və pulçıxarma tranzaksiyaları üçün təmin edilən ödəmə üsulları araşdırılır, minimum/maksimum depozit və pulçıxarma limitləri, eləcə də komissiyalar yoxlanılır, çıxarılan pul və hesaba qoyulan depozit nə qədər müddətə hesaba oturur öyrənilir. Azərbaycanda yerli olaraq dəstəklənən ödəniş metodları oyunçulara təqdim edilir.

Oyun seçimi

Oyun kataloqunun böyük olması kazino üçün ən müsbət cəhətlərdən biridir. Hər oyunçunun zövqü fərqlidir, vacibdir ki, kazino platformasında geniş çeşiddə oyunlar olsun ki, hər bir azərbaycanlı istifadəçi istədiyi janrda oyun tapa bilsin. Təqdim etdiyimiz kazino saytlarında slotlar, canlı diler oyunları, masa oyunları, loto oyunları, kripto oyunları, keno, bingo və digər oyunlar yer alır. Oyunların mobilə optimallaşdırılması da önəmlidir, qiymətləndirmə zamanı bu məsələni də analiz edib, paylaşırıq.

Provayderlər

Öncəki bölmədə oyun kataloqundan danışdıq. Oyun kataloqundan danışmışkan provayderlərdən yan keçmək olmaz. Çünki oyunları təmin edən də məhz elə provayderlərdir. Provayderin reputasiyası, təhlükəsizliyi ən vacib kriteriyalardan biridir. Provayderin oyun təmin etdiyi RTP və RNG göstəriciləri də digər önəmli nüanslardan biridir. Ekspertlərimiz, həmçinin provayderlərinin oyunlarının mobil platformalarda əlçatanlığını da yoxlayır və bu barədə şəffaf və qərəzsiz rəyini bölüşür.

Bonus təklifləri

Rəy prosesində iştirak edən peşəkar komanda üzvlərimiz casino tərəfindən təklif edilən bütün bonusları analiz edir. Bonusların növlərini, bonus üçün tələb edilən minimum mərc tələbini, bonusun mərc əmsallarını, bonusun başlama və bitmə tarixlərini, habelə digər xüsusiyyətlər təhlil edilir və obyektiv rəy paylaşılır. Ən çox sevilən və tələbat görən qarşılama bonusu, pulsuz fırlanmalar, doğum günü bonusu və digər bonusların xüsusiyyətləri barədə ekspertlərimizin ətraflı rəyini bizdən öyrənə bilərsiniz.

Müştəri dəstəyi

Casino tərəfindən təmin edilən dəstək kanlları (telefon, e-poçt, canlı söhbət, Telegram və sairə) ekspertlərimiz tərəfindən yoxlanılır. Ekspertlərimiz sosial media linklərini araşdırır, müntəzəm verilən suallar bölməsinə baş çəkirlər. Casino şirkətinin müştəri probleminə nə dərəcədə həssas yanaşdığını, həmçinin məsələni nə qədər müddətdə həll etdiyini yoxlayırlar. Casino tərəfindən azərbaycan dilində dəstəyin verilməsi vacibdir. Oyunçular ana dillərində daha rahat özlərini ifadə edə bilər. Bu da dəstək xidmətində köməyin təmin edilməsini daha da sürətləndirəcək.

Əlavə faydalar və kriteriyalar

Bu sahədə isə kazinonun əlavə xüsusiyyətlərindən danışırıq. Casino hansı imtiyazları təqdim edir. Müntəzəm olaraq hansı turnirlər keçirilir. Turnirlərdə mükafat fondu nə qədərdir, iştirak şərtləri nələrdir.

Oyunçuların bəziləri sadiq müştərilərə görə yaradılan üzvlüklərlər də maraqlanırlar. Bu bölmədə, eyni zamanda şirkətin əlçatan olan VIP və ya loyallıq proqramı barədə, həmçinin dostunu gətir, bonus qazan aksiyası barədə məlumatları da bu bölmədə ətraflı oxuya bilərsiniz.

Kazinosirleri platformasında başqa nələrə əsasən qiymətləndiririk

Casino oyunlarını sevən azərbaycanlı oyunçular üçün olan qiymətləndirmə proqramımız təkcə kazino rəyləri ilə məhdudlaşmır. Ekspertlərimiz Azərbaycanlı oyunçulara, həm də aşağıdakı rəyləri hazırlamışdır;

Qeyd edilən bu rəylərdə siz spesifik olaraq istədiyiniz xüsusiyyət barədə məlumat tapa bilərsiniz. Bu bir tərəfdən casino seçməyinizi də asanlaşdıracaq. Çünki bonuslar, giriş prosesi, slotlar, eləcə də siyahıdakı digər punktlar elə maddələrdir ki, casino seçimində rol oynayır. 

Qeyd edək ki, əgər kazino yeni bonuslar əlavə edilibsə, yaxud platformada hansısa başqa yenilik varsa, ekspertlərimiz onları da analiz edir və məlumatları müvafiq olaraq yeniləyir. Yenilənən məlumatlara nəzarət edən peşəkar ekspertlərimiz bu məlumatları da oyunçulara çatdırır.

Müntəzəm verilən suallar

Kazinosirleri platformasında haqqında heç bir rəy olmayan kazinodan necə əmin olum?

Saytımızda Bizimlə əlaqə bölməsi var. Bu bölməyə daxil olub, formanı doldurduqdan sonra bizə sorğu göndərə bilərsiniz. Məlumatlar bazamız davamlı olaraq aktual məlumatlarla yenilənir. Kazinolar barəsində ən aktual yeniliklərdən xəbərdar qalmaq üçün Kazinosirleri-ndə qalmağa davam edin.

Yeni kazinolara güvənmək olarmı?

Hazırda kazino bazarında lisenziyası olan, leqal şəkildə işləyən onlarla kazino mövcuddur. Yeni olması, şirkətin etibarsız olduğunu göstərmir. Ekspertlərimizin təyin etdiyi qiymətləndirmə cədvəlinə uyğun gələn casino şirkətləri etibarlı sayılır və belə platformalarda profil yaratmaq son dərəcə təhlükəsizdir.

Reytinqlərimiz nə qədər müddətdən bir yenilənir?

Qiymətləndirmə ekspertlərimiz mütəmadi olaraq casino platformalarını izləyir, aktual məlumatlara əsasən analizlər aparır və saytda güncəl məlumatlara görə uyğun yeniliklər edirlər. Komandamızın üzvləri kazino platformasında bonus, oyun, ödəniş, komissiya, dəstək və digər xüsusiyyətlərdə edilən dəyişiklikləri müntəzəm olaraq izləyir.